• Bakı 22° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Vuçiç ilk dəfə Gürcüstanda

DÜNYA

15 Iyun 2026 | 18:20

Vuçiç ilk dəfə Gürcüstanda

Serbiya Prezidenti Aleksandr Vuçiç Gürcüstana rəsmi səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, onu Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili qarşılayıb.

Vuçiç səfər çərçivəsində gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə görüşəcək. Dövlət başçıları ikitərəfli əməkdaşlıq və tərəfdaşlıq məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, bu səfər Serbiya liderinin Gürcüstana ilk səfəridir. Mixiel Kavelaşvili ötən ilin dekabrında Belqradda rəsmi səfərdə olarkən serbiyalı həmkarını Gürcüstana dəvət etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyun 2026