• Bakı 18° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Neft ucuzlaşdı

DÜNYA

15 Iyun 2026 | 10:35 | Müəllif: Əli Hüseynov

Neft ucuzlaşdı

ABŞ və İran arasında sülh sazişinin əldə olunduğu barədə yayılan məlumatlardan sonra qlobal bazarda neft kəskin ucuzlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 09:15-də Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçersləri 4.09 dollar (4.68%) ucuzlaşaraq bir barel üçün 83.24 dollar olub. Əvvəlki sessiyada isə "Brent" markalı neft 3.05 dollar (3.37%) azalaraq bir barel üçün 87.33 dollar təşkil etmişdi.

Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 4.27 dollar (5.03%) azalaraq bir barel üçün 80.61 dollar olub. Əvvəlki sessiyada WTI markalı xam neft 2.83 dollar (3.23%) ucuzlaşaraq bir barel üçün 84.88 dollara satılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026