Müğənni İzzət Bağırovun oğlu Əli məktəbi başa vurub.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi oğlunun 11-ci sinfi bitirib məzun adını qazandığını yazıb.
Əlinin son zəngdən fotosunu paylaşan İ.Bağırov “Təbriklər, ürəyim” qısa şərhini yazıb.
Qeyd edək ki, İzzət Bağırov bundan əvvəl açıqlamalarının birində oğlu Əlinin ali məktəbə qəbul olmaq üçün imtahandan yüksək nəticə əldə etdiyini deyib. İfaçının əkiz oğulları da var.
Bakı 



