• Bakı 21° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Flora Kərimovaya görə bu konsert təxirə salındı

ŞOU

15 Iyun 2026 | 19:38

Flora Kərimovaya görə bu konsert təxirə salındı

İyunun 20-də keçirilməşi nəzərdə tutulan konsert təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, Xalq artisti Flora Kərimovanın səhhətində yaranan problemlə əlaqədardır.

Bu barədə yayılan məlumatda deyilir: 

"Hörmətli tamaşaçılar, media nümayəndələri və Azərbaycan musiqisinin dəyərli sevərləri!

Respublikanın Xalq artisti, Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, milyonlarla insanın sevgisini qazanan Flora Kərimovanın səhhəti ilə bağlı yaranmış vəziyyət nəzərə alınaraq, Ocaq Müstəqil Sənət Mərkəzi və layihənin təşkilatçıları tərəfindən əvvəlcədən 20 iyun tarixinə planlaşdırılmış "Bakı Gecələri" konsertinin 12 sentyabr  saat 20:00 2026-cı il tarixinə keçirilməsi barədə qərar qəbul edilib".

Bildirilib ki, bu qərar yalnız təşkilati xarakter daşımır:

"Bu, ilk növbədə Azərbaycan musiqisinə, milli səhnəmizin canlı əfsanəsinə və böyük sənətkar Flora Kərimovaya göstərilən hörmətin ifadəsidir.

Flora Kərimovanın onilliklər boyu yaratdığı sənət irsi, Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr və xalqımızın qəlbində qazandığı müstəsna yer nəzərə alınaraq, tədbirdə iştirak edən sənətçilər və təşkilatçılar yekdil qərara gəliblər ki, bu möhtəşəm musiqi gecəsi onun iştirakı və sağlamlığı ilə bağlı ən xoş xəbərlərin fonunda keçirilməlidir.

İnanırıq ki, minlərlə tamaşaçı kimi biz də Flora xanımı yenidən səhnədə görmək, onun səsini, enerjisini və sənət nəfəsini hiss etmək arzusundayıq. Məhz buna görə proqram sentyabr ayına keçirilib və həmin tarixdə daha geniş tərkibli, daha möhtəşəm bir qala-konsert təqdim olunacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyun 2026