Bu gün Azərbaycanın şəhid telejurnalisti, Milli Qəhrəmanı Çingiz Mustafayevin anım günüdür.
Bakıvaxtı.az xatırladır ki, Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Kapustin-Yar qəsəbəsində anadan olub. Əslən Şəkidəndir.
O, Azərbaycan tamaşaçısına cəbhə reportajları ilə tanınıb. Dünya isə onu daha çox Xocalı soyqırımı ilə bağlı çəkdiyi sənədli kadrlarla tanıyır. Bu görüntülər Ermənistanın cinayətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb.
Çingiz Mustafayev 1992-ci il iyunun 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı düşmənin açdığı atəş nəticəsində aldığı mərmi qəlpəsindən həlak olub və sonadək kameranı söndürməyib. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
O, cəbhəyə yalnız reportyor kimi deyil, əsgər və zabit kimi də xidmət göstərib, döyüş bölgəsində böyük fədakarlıq nümayiş etdirib.
Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Bakı 



