• Bakı 21° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Pezeşkian ABŞ ilə yekun razılaşmadan DANIŞDI

DÜNYA

15 Iyun 2026 | 22:40

Pezeşkian ABŞ ilə yekun razılaşmadan DANIŞDI

İranla ABŞ arasında razılaşdırılanlar müharibənin dayandırılması, danışıqların başlamasına doğru mühüm bir addımdır, yekun razılaşma isə hələ formalaşdırılmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında yazıb.

"İran özünü bütün variantlara hazırlayıb və hökumətin diqqəti razılaşma ilə və ya onsuz xalqa dürüst xidmət etməkdən ibarətdir", - o, bildirib.

Pezeşkianın sözlərinə görə, intensiv danışıqlardan sonra qarşılıqlı anlaşma memorandumunun mətni dəstəklənib:

"Amerikanın İran xalqının hüquqlarına hörmət etmək kimi əsl niyyəti təcrübədə sınaqdan keçirilməlidir. Ali rəhbərin göstərişləri İranın milli maraqlarının müdafiəsinə dair müddəaların daxil edilməsində böyük rol oynayıb və buna görə biz ona minnətdarıq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyun 2026