ABŞ və İran arasında davam edən sülh danışıqlarında Vaşinqton İranın yenidən qurulması üçün 300 milyard dollarlıq fondun ayrılacağı iddialarına yaşıl işıq yandırıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti C.D. Vens televiziya proqramında iddiaları təsdiqləyərək bildirib ki, İran müqavilə üzrə öhdəliklərini yerinə yetirərsə, vəsaitlərə çıxış əldə edə bilər.
"Öhdəliklərini yerinə yetirdikləri müddətcə, bu, onların əldə edə biləcəyi şeylərdən biri ola bilər", - Vens ifadə edib.
Digər tərəfdən, "Mehr" xəbər agentliyinin dərc etdiyi layihəyə görə, ABŞ ilə İran arasında 60 günlük danışıqlar prosesinə dondurulmuş İran aktivlərinin 24 milyard dollarının azad edilməsi planı daxildir.
Layihəyə əsasən, danışıqlar başlamazdan əvvəl sözügedən resursun yarısı İrana təqdim edilməlidir. Layihənin ilk maddələri bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və birdəfəlik dayandırılmasını əhatə edir. Bildirilir ki, buraya Livandakı fəaliyyətlər də daxildir.
Həmçinin bildirilir ki, ABŞ İranın daxili işlərinə qarışmamağa və İran İslam Respublikasının suverenliyinə hörmət etməyə öhdəlik götürəcək.
Bakı 



