• Bakı 23° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Peru Prezidenti səfirimizi qəbul etdi - FOTOLAR

SİYASƏT

14 Iyun 2026 | 20:02

Peru Prezidenti səfirimizi qəbul etdi - FOTOLAR

Azərbaycanın Perudakı səfiri Seymur Fətəliyev etimadnaməsini bu ölkənin Prezidenti Xose Mariya Balkasar Zeladaya təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, qəbul zamanı səfir Seymur Fətəliyev Perunun dövlət başçısına Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb.

Təşəkkürünü bildirən Peru Prezidenti öz növbəsində onun da dərin ehtiramını və salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Görüşdə həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın davam etdirilməsi, eləcə də iqtisadiyyat, ticarət, enerji, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasını məmnunluqla vurğulayıb.

Qəbulda Peru xarici işlər naziri Karlos Xose Parexa Rios da iştirak edib.

Xatırladırıq ki, səfir Seymur Fətəliyev iyunun 11-də etimadnaməsinin surətini Perunun Xarici İşlər Nazirliyinin Dövlət Protokolu və Mərasimlər idarəsinin rəisi Eduardo Migel Hilarion Peres del Solar Marsenaroya təqdim edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyun 2026