• Bakı 23° C

    10.26 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Maşınlar toqquşub skuterə çırpıldı - YARALI VAR

HADİSƏ

14 Iyun 2026 | 23:44

Maşınlar toqquşub skuterə çırpıldı - YARALI VAR

Gəncədə iki maşın toqquşub, skuter sürücüsü xəsarət alıb.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobil toqquşub. Toqquşma zamanı maşınlardan biri hərəkət edən skuter sürücüsünə çırpılıb.

Nəticədə skuteri idarə edən 1992-ci il təvəllüdlü Göygöl sakini Turxan Hüseynov xəsarət alıb. Yaralı yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. 

Faktla bağlı araşdırma başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyun 2026
13 Iyun 2026