• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Hikmət Hacıyev ilə Armen Qriqoryan arasında MÜHÜM GÖRÜŞ 

SİYASƏT

14 Iyun 2026 | 17:28

Hikmət Hacıyev ilə Armen Qriqoryan arasında MÜHÜM GÖRÜŞ 

Bu gün Ermənistanın Dilican şəhərində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Regionda davamlı sülhün və sabitliyin təşviqinə yönəlmiş səylər çərçivəsində ikitərəfli dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirləri barədə fikir mübadiləsi aparıblar.

Hikmət Hacıyev və Armen Qriqoryan işçi səviyyəsində təmasların davam etdirilməsi barədə qərar qəbul edib, növbəti görüşün Azərbaycanda keçiriləcəyini təsdiqləyiblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyun 2026