• Bakı 22° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

“İranın nüvə silahı olmayacaq” - Netanyahu

DÜNYA

16 Iyun 2026 | 00:01

“İranın nüvə silahı olmayacaq” - Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı keçirilən hərbi əməliyyatlar və rəsmi Tehranın nüvə proqramı ilə bağlı mühüm açıqlamalar verib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir açıqlamasında İrana ağır zərbələr vurduqlarını iddia edərək ölkəsini böyük bir təhlükədən qoruduqlarını bildirib:

“Biz iranlılara böyük ziyan vurduq və İsraili nüvə məhvi təhlükəsindən xilas etdik”.

Netanyahu İranın nüvə proqramına qarşı fəaliyyətin onun siyasi karyerasının ana xəttini təşkil etdiyini vurğulayıb və bu mübarizəni “həyatının missiyası” adlandırıb.

Regionda və beynəlxalq müstəvidə mümkün diplomatik razılaşma ehtimallarına toxunan Netanyahu, bu məsələdə geri addım atılmayacağını qətiyyətlə ifadə edib:

“Razılaşma olsun ya olmasın, İranın nüvə silahı olmayacaq”.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyun 2026
14 Iyun 2026