Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə iyunun 17-dən 25-dək Ermənistanda “Eagle Partner 2026” illik hərbi təlimləri keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
"Hərbi təlimlərdə Ermənistan ordusunun sülhməramlı briqadasının (250 iştirakçı), Avropa və Afrikadakı ABŞ ordusunun, həmçinin Kanzas Milli Qvardiyasının (58 iştirakçı), Fransa qüvvələrinin (24 iştirakçı), Yunanıstan qüvvələrinin (11 iştirakçı) hərbçiləri iştirak edəcək. Təlimlər zamanı sülhməramlı tapşırıqların hazırlanması və icrası üzrə tədbirlər həyata keçiriləcək", - məlumatda deyilib.
Qeyd edək ki, Ermənistan və ABŞ arasında “Eagle Partner" təlimləri ilk dəfə 2023-cü ilin sentyabrında Ermənistanda keçirilib.
Bakı 



