• Bakı C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Şamil Ayrım: "Azərbaycan və Türkiyənin həmrəyliyi TDT-ya böyük bir güc verir"

SİYASƏT

18 Yanvar 2025 | 17:33

Şamil Ayrım: Azərbaycan və Türkiyənin həmrəyliyi TDT-ya böyük bir güc verir

"Prezident İlham Əliyev tərəfindən medalla təltif olunmağım Türkiyə-Azərbaycan həmrəyliyinin və gələcək ortaq fəaliyyətlərimizin daha da möhkəmlənməsi üçün fəaliyyət göstərən hər kəsə verilən dəyərdir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım "Report"un Ankara bürosuna açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən təşkil edilərək ona təqdim olunan “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə bağlı fikirlərini bildirərkən deyib.

Azərbaycan-Türkiyə, eləcə də bütün türk dünyası ilə bağlı onun və komandasını daha çox işlər gözlədiyini vurğulayan Şamil Ayrım bildirib ki, sözgedən mükafat onu həmin işləri başa çatdırmağa, iki qardaş ölkə arasında əlaqələrin gözəl nümunələrini bütün dünyaya yaymağa həvəsləndirir: “Bilirsiniz ki, ötən əsrin 80-ci illərinin sonlarında 200 min azərbaycanlı Qərbi Azərbaycandan qovulub. Hazırda bu insanların beynəlxalq hüquqdan faydalanaraq şərəfli bir şəkildə öz ata baba yurdlarına geri dönmələri məsələsi var.

Ötən il 5-6 dekabr tarixlərində Qərbi azərbaycanlıların evlərinə şərəfli və təhlükəsiz şəkildə geri qayıtmalarıyla bağlı beynəlxalq səviyyədə toplantı keçirildi. O, iclasın yekun sənədi BMT-yə təqdim edildi. Yəni Qərbi azərbaycanlıların bu haqları artıq BMT-nin də qeydinə düşdü. Buna görə də biz, istər ölkə daxilində, istərsə də ölkə xaricində fəaliyyətimizi davam etdirəcəyik. Bundan başqa 2020-ci ildə Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanan anlaşmanın 9-cu maddəsində Zəngəzur dəhlizinin açılması məsələsi var.

Təəssüf ki, Ermənistan Fransanın maraqlarının qurbanına çevrilərək bu anlaşmaya əməl etmək istəmir. Fransa Ermənistanın silahlanması üçün əlindən gələni edərək, döyüş meydanında qələbə qazanmış, danışıqlar masasında söz sahibi olan Azərbaycanın zamanını alır. Amma bütün bu süni maneələrə baxmayaraq biz ilahi ədalətin yenə də zəfər çalacağına, 2025-ci ildə Zəngəzur məsələsinin həll olacağına inanırıq”.

Ş.Ayrım əlavə edib ki, bölgədə Azərbaycan və Türkiyənin həmrəyliyi Türk Dövlətləri Təşkilatına da böyük bir güc verir: “Bu təşkilatın daha da böyüməsi üçün biz də bacardığımız dəstəyi əsirgəmirik. Şimali Kipr Türk Respublikasının da çox ölkə tərəfindən tanınacağına şahidlik edəcəyimizə inanıram. Biz çox pozitiv ruhdayıq”.


SON XƏBƏRLƏR

18 Yanvar 2025