• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Milli Məclisin payız sessiyası dekabrın 29-da başa çatacaq

SİYASƏT

19 Dekabr 2024 | 17:53

Milli Məclisin payız sessiyası dekabrın 29-da başa çatacaq

Bu il Milli Məclisin payız sessiyası dekabrın 29-da başa çatacaq.

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

    Ancaq Nazirlər Kabinetinin qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

    Beləliklə, 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar 2025-ci il tarixləri qeyri-iş günləri, 28 və 29 dekabr 2024-cü il tarixləri iş günləri olacaq.

    Bununla əlaqədar Milli Məclisin payız sessiyası dekabrın 29-da başa çatacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026