• Bakı 22° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Daha 6 it minatəmizləmə əməliyyatlarına cəlb olunacaq

CƏMİYYƏT

21 Sentyabr 2024 | 13:15

Daha 6 it minatəmizləmə əməliyyatlarına cəlb olunacaq

İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən həyata keçirilən əməliyyatların genişləndirilməsi, maddi-texniki bazanın və potensialın artırılması istiqamətində işlər davam etdirilir.

ANAMA-nın mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA arasında imzalanan Anlaşma Memorandumuna əsasən Malinua cinsli xüsusi təlim keçən minaaxtaran daha 6 it (MAİ) agentliyə təhvil verilib.

Humanitar minatəmizləmə fəaliyyətində səmərəli üsullardan biri hesab olunan minaaxtaran itlərin dəstəyindən texniki tədqiqat və minatəmizləmə əməliyyatlarında istifadə edilir.

Xüsusi hazırlıq keçən minaaxtaran itlər öz bələdçiləri ilə uyğunlaşma təlimindən və Beynəlxalq Minatəmizləmə Standartlarına (İMAS) uyğun akkreditasiyadan keçirildikdən sonra işğaldan azad edilən ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.

Minaaxtaran itlərin ölkəyə gətirilməsi “Silk Way West Airlines” şirkəti tərəfindən təmənnasız olaraq həyata keçirilib.


SON XƏBƏRLƏR