• Bakı 26° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Tokayevdən Paşinyana TƏBRİK

DÜNYA

21 Sentyabr 2024 | 11:26

Tokayevdən Paşinyana TƏBRİK

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistan baş naziri Nikol Paşinyanı ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik edib.

Bakıvaxtı.az "Kazinform"a istinadən xəbər verir ki,Tokayev təbrik teleqramında Paşinyanın rəhbərliyi ilə Ermənistanın "dövlət quruculuğunda, vətəndaşların rifahının təmin edilməsində və beynəlxalq nüfuzunun möhkəmləndirilməsində böyük uğurlar qazandığını" yazıb.

Qazaxıstan prezidenti "dostluq və qarşılıqlı faydalı əməkdaşlıq ruhuna" sadiq qalaraq, Qazaxıstan-Ermənistan münasibətlərinin hərtərəfli möhkəmlənməsinə sadiq olduğunu təsdiqləyib.

Tokayev "Ermənistan baş nazirinə fəaliyyətində uğurlar, Ermənistan xalqına isə firavanlıq və tərəqqi" arzulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026