• Bakı 23° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Türkiyədə iki metrobus toqquşub,yaralılar var

DÜNYA

21 Sentyabr 2024 | 11:33

Türkiyədə iki metrobus toqquşub, yaralılar var

İstanbulun Avcılar ərazisində metrobusun eyni istiqamətdə hərəkət edən başqa bir metrobusun arxasına çırpılması qəzaya səbəb olub.

Bakıvaxtı.az "TRT Haber"ə istinadla xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb.

Qəza səbəbiylə hər iki metrobusa ciddi ziyan dəyib.

Yaralı 2 sərnişinə təcili yardım qrupları ilkin tibbi müdaxilə həyata keçirib. Daha sonra onlar xəstəxanaya aparılıb.

Hadisənin səbəbləri araşdırılır.

Əli Hüseynov


SON XƏBƏRLƏR