• Bakı 23° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Prezident: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

SİYASƏT

21 Sentyabr 2024 | 11:15

Prezident: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan ilə Malta arasında dostluq əlaqələrinin və əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var.

Bakıvaxtı.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Malta Prezidenti xanım Miriam Spiteri Debonoya bu ölkənin müstəqilliyinin 60-cı ildönümü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Məktubda Malta Prezidentinə və xalqına ən xoş arzularını çatdıran dövlətimizin başçısı əlavə edib:

“İnanıram ki, gələn il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək ölkələrimiz arasında münasibətlər birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir”.


SON XƏBƏRLƏR

20 Sentyabr 2024