• Bakı 22° C

    7.56 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

BMT üzv ölkələrə müraciət edib

DÜNYA

21 Sentyabr 2024 | 11:25

BMT üzv ölkələrə müraciət edib

21 Sentyabr Beynəlxalq Sülh Günü kimi qeyd olunur.

Bakıvaxtı.az-ın məlumatına görə, bu münasibətlə Birləşmiş Millətlər Təşkilatı üzv dövlətlərə müraciət ünvanlayıb. Müraciətdə bildirilir:

"Bu il BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş Sülh Mədəniyyəti Bəyannaməsi və Fəaliyyət Proqramının 25 illik yubileyidir. Sənədin əsas məzmununda sülhün yalnız müharibələrin qarşısının alınması ilə bağlı olmadığı, həm də dialoqun təşviqi və münaqişələrin qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində həlli ilə əlaqədar müsbət və dinamik bir proses olduğu vurğulanmışdır."

BMT müraciətində qeyd edib ki, mövcud qlobal geosiyasi gərginlik və həllini tapmayan münaqişələr fonunda, 1999-cu ildə Sülh Mədəniyyəti barədə qəbul olunmuş dəyərləri yenidən diqqət mərkəzinə çəkmək vaxtıdır. Bu dəyərlər arasında insan hüquqlarına, əsas azadlıqlara və həyata hörmət, eləcə də təhsil, dialoq və əməkdaşlıq vasitəsilə qeyri-zorakılığın təşviqi, münaqişələrin sülh yolu ilə həlli kimi prinsiplər yer alır. Baş Assambleya öz sonrakı qətnamələrində dəfələrlə vurğulamışdır ki, qarşıdurma yerinə dialoq və qarşılıqlı fəaliyyətə üstünlük verilməlidir.

Daha sonra müraciətdə UNESCO Nizamnaməsinə istinad edilərək bildirilir ki, "müharibələr insanların şüurunda başlayır və buna görə də sülhün müdafiəsi də məhz şüurlarda baş verməlidir." Bu anlayış Beynəlxalq Sülh Gününün mövzusu və loqosunun formalaşmasında əsas prinsipdir. Sülh ideyaları və sülh mədəniyyəti gələcək nəsillərə həm rəsmi, həm də qeyri-rəsmi təhsil vasitəsilə öyrədilməlidir.

Müraciətin sonunda təşkilatdan bildirilib:

“Beynəlxalq Sülh Günü həmişə silahları yerə qoymağın və atəşkəsə riayət etməyin zəruriliyini ön plana çəkib. Lakin bu gün daha əhəmiyyətli olan, insanların bir-birini insan olaraq qəbul etməsidir. Qlobal cəmiyyət kimi birliyimizi qorumaq məhz bu anlayışdan asılıdır."

Əli Hüseynov


SON XƏBƏRLƏR