• Bakı 23° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

AFFA-da UEFA kursunun II mərhələsi keçirilib

İDMAN

21 Sentyabr 2024 | 11:37

AFFA-da UEFA kursunun II mərhələsi keçirilib

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilib.

Bakıvaxtı.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, dörd gün davam edən məşğələlərə təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Arif Əsədov rəhbərlik ediblər.

Qeyd edək ki, məşqçi kursunun I modulu avqustda keçirilib. III mərhələ 30 sentyabr – 3 oktyabr, IV mərhələ (imtahan həftəsi) isə 4-8 noyabr tarixlərində baş tutacaq.


SON XƏBƏRLƏR