• Bakı 22° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Neftçi"də yubiley qələbəsini qazandı

İDMAN

21 Oktyabr 2024 | 09:25

"Neftçi"də yubiley qələbəsini qazandı

Samir Abasov "Neftçi"nin baş məşqçisi kimi çempionatda 30-cu qələbəsini qazanıb.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Premyer Liqanın X turuna təsadüf edib.

Paytaxt təmsilçisi doğma meydanda "Səbail"ə qalib gəlib - 3:1. Bu, Abasovun Bakı klubuna qayıdışından sonra ilk oyunu və komandanın mövsümdəki ilk qələbəsi olub. Onun “Neftçi”yə rəhbərlik etdiyi 2020-2022-ci illərdə “ağ-qaralar” Premyer Liqada 29 dəfə qalib gəlmişdi.

Qeyd edək ki, Bakı təmsilçisi mövsümün əvvəlki 9 görüşündə 5 heç-heçə edib və 4 dəfə məğlub olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026