• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Pep Qvardiola “Mançester Siti” ilə yeni müqavilə imzaladı

İDMAN

20 Noyabr 2024 | 07:50

Pep Qvardiola “Mançester Siti” ilə yeni müqavilə imzaladı

İspaniyalı baş məşqçi Pep Qvardiola İngiltərənin "Mançester Siti" futbol klubu ilə yeni müqavilə imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Məlumata görə, yeni müqavilə bir mövsüm üçün nəzərdə tutulub.

Qeyd edək ki, Qvardiolanın 53 yaşı var və 2016/17 mövsümünün əvvəlindən "Mançester Siti"yə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda altı dəfə İngiltərə çempionu olub, iki dəfə İngiltərə Kubokunu, dörd dəfə Liqa Kubokunu, üç dəfə İngiltərə Superkubokunu qazanıb. Bundan əvvəl o, İspaniyanın "Barselona"sını və Almaniyanın "Bavariya"sını çalışdırıb.

Qvardiola üç dəfə Beynəlxalq Futbol Federasiyası tərəfindən ilin məşqçisi mükafatını qazanıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025