• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanlı atlet Türkiyə yığmasının baş məşqçisi oldu

İDMAN

19 Dekabr 2024 | 15:17

Azərbaycanlı atlet Türkiyə yığmasının baş məşqçisi oldu

Azərbaycanəsilli keçmiş idmançı Ramil Quliyev Türkiyənin atletika üzrə gənclərdən ibarət millisinin baş məşqçisi təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AZƏRTAC-a 34 yaşlı keçmiş atlet özü məlumat verib.

R.Quliyev Türkiyə Atletika Federasiyasının bu vəzifəni ona həvalə etdiyini bildirib. Lakin müqavilənin detalları hələlik bəlli deyil.

Titullu idmançı ötən ay peşəkar karyerasını başa vurub.

Qeyd edək ki, Ramil Quliyev Türkiyə millisinin heyətində dünya və Avropa çempionu olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026