• Bakı 15° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycan millisi İsveçə 6-0 məğlub oldu - YENİLƏNİB

İDMAN

20 Noyabr 2024 | 01:37

Azərbaycan millisi İsveçə 6-0 məğlub oldu - YENİLƏNİB

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində İsveçə böyük hesabla məğlub olub.

Bakıvaxtı.az xəbər verir ki, komanda C Liqasının I qrupunun son matçında 0:6 hesabı ilə uduzub.

"Stroberri Arena"da baş tutan qarşılaşmada Kulusevski (10, 57) dubl edib. Dyekereş (26,37, 58, 70) isə poker müəllifi olub.

Qeyd edək ki, bu nəticənin ardından C Liqasını 1 xalla sonuncu sırada başa vuran Fernandu Santuşun rəhbərlik etdiyi yığma D Liqasına yuvarlanıb.

***

01:14

UEFA Millətlər Liqasının İsveç - Azərbaycan oyununda altıncı qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, “Stroberri Arena"da keçirilirən görüşün 70-ci dəqiqəsində Dyekereş poker edib - 6:0.

Qarşılaşmanı polşalı FIFA referisi Pavel Raçkovski idarə edir.

***

01:02

UEFA Millətlər Liqasının İsveç - Azərbaycan oyununda dörüncü və beşinci qollar vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, “Stroberri Arena"da keçirilirən görüşün 57-ci dəqiqəsində Kulusevski dubl müəllifi olub.

58-ci dəqiqədə isə Dyekereş het-trik edib.

Qarşılaşmanı polşalı FIFA referisi Pavel Raçkovski idarə edir.

***

00:54

UEFA Millətlər Liqasının İsveç - Azərbaycan oyununda rəqib komanda penalti zərbəsindən yararlana bilməyib.

Bakıvaxtı.az-ın məlumatına görə, “Stroberri Arena"da keçirilirən görüşdə meydan sahibərinin 11 metrlik cərimə zərbəsini yığmamızın qapıçısı Rza Cəfərov dəf edib.

İsveç millisi qarşılaşmada 3:0 hesabı ilə öndədir.

Qarşılaşmanı polşalı FIFA referisi Pavel Raçkovski idarə edir.

***

00:50

UEFA Millətlər Liqasının İsveç - Azərbaycan oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, “Stroberri Arena"da keçirilirən görüşdə meydan sahibəri 3:0 hesabı ilə irəlidədirlər.

Qarşılaşmanı polşalı FIFA referisi Pavel Raçkovski idarə edir.

***

00:35

UEFA Millətlər Liqasının İsveç - Azərbaycan oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, “Stroberri Arena"da keçirilirən görüşdə meydan sahibəri 3:0 hesabı ilə irəlidədirlər.

Qarşılaşmanı polşalı FIFA referisi Pavel Raçkovski idarə edir.

***

00:23

UEFA Millətlər Liqasının İsveç - Azərbaycan oyununda üçüncü qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, “Stroberri Arena"da keçirilirən görüşün 37-cı dəqiqəsində Dyekereş dub müəllifi olub - 3:0.

Qarşılaşmanı polşalı FIFA referisi Pavel Raçkovski idarə edir.

***

00:11

UEFA Millətlər Liqasının İsveç - Azərbaycan oyununda ikinci qol vurulub.

Bakıvaxtı.az-ın  məlumatına görə, “Stroberri Arena"da keçirilirən görüşün 26-cı dəqiqəsində Dyekereş fərqlənib - 2:0.

Qarşılaşmanı polşalı FIFA referisi Pavel Raçkovski idarə edir.

***

00:02

UEFA Millətlər Liqasının İsveç - Azərbaycan oyununda meydan sahibləri hesabda irəli çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, “Stroberri Arena"da keçirilirən görüşqn 10-cu dəqiqəsində Kulusevski hesabı açıb.

Qarşılaşmanı polşalı FIFA referisi Pavel Raçkovski idarə edir.

***

23:45

UEFA Millətlər Liqasının İsveç - Azərbaycan oyununa start verilib.

Bakıvaxtı.az xəbər verir ki, C Liqasının I qrupunun görüşü “Stroberri Arena"da keçirilir.

Qarşılaşmanı polşalı FIFA referisi Pavel Raçkovski idarə edir.


SON XƏBƏRLƏR

18 Aprel 2025