Almaniyanın "Bavariya" klubunun futbolçusu Joau Palinya bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.
Bakıvaxtı.az xəbər verir ki, yarımmüdafiəçi Portuqaliya millisinin məşqində zədələnib.
29 yaşlı oyunçunun əzələsində problem aşkarlanıb. Palinya bu səbəbdən bir neçə həftə xəstəxanada qalmalı olacaq.
Qeyd edək ki, Joau Palinya yayda İngiltərənin "Fulhem" klubundan "Bavariya"ya keçib.