• Bakı 24° C

    7.1 m/s

“Hər gün əzab çəkirdim” - Neymar ağladı

İDMAN

20 Oktyabr 2024 | 20:54 | Müəllif: Subhan Mahmudov

“Hər gün əzab çəkirdim” - Neymar ağladı

Braziliya millisinin və "Əl-Hilal"ın hücumçusu Neymar çarpaz bağın yırtılmasından sonra sağalmasından danışıb.

Bakıvaxtı.az xəbər verir ki, o, "NR Sports" yutub kanalında fikirlərini bölüşərkən ağlayıb. 

"Həyatda ən çox sevdiyim şey futbol oynamaqdır. Oynamadığım üçün hər gün əzab çəkirdim", - futbolçu deyib.

Qeyd edək ki, "Əl-Hilal" Neymarı oktyabrın 21-də "Əl-Ayn" ilə keçiriləcək Asiya Çempionlar Liqası matçı üçün heyətə daxil edib.

Xatırladaq ki, Neymar ötən ilin oktyabrında, Braziliya millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvaya qarşı keçirdiyi görüşdə (0:2) zədələnib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026