• Bakı 11° C

    12.2 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

San-Marinodan tarixi uğur - VİDEO

İDMAN

19 Noyabr 2024 | 11:03

San-Marinodan tarixi uğur - VİDEO

San-Marino yığması ötən gün keçirilən Millətlər Liqası D qrupu matçında tarixi uğura imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, “cırtdan ölkə”nin yığması səfərdə Lixtenşteyn millisinə 3:1 hesabı ilə qalib gəlib. 

Bununla da onlar tarix yazıblar. San-Marino həm bir matçda 3 qol vurub, həm də qrupu lider kimi bitirib.

Əldə etdikləri nəticə ilə onlar C liqasına çıxmaq şansı qazanıblar. 

Maraqlıdır ki, D liqasını tərk edəcək San-Marinonun burda əvəz edəcək komanda Azərbaycan yığması ola bilər. 

Belə ki, bu gün Millətlər Liqasında qrupun son oyununa çıxacaq millimiz səfərdə İsveçlə üz-üzə gələcək. Əgər Azərbaycan yığması bu matçda qələbə qazanmasa, D liqasına yuvarlanacaq. Komandamız burada San-Marinonun boşaltdığı yeri dolduracaq. 


SON XƏBƏRLƏR

16 Aprel 2025