• Bakı 15° C

    1.79 m/s

“Turan Tovuz”dan APL-də İLK

İDMAN

21 Oktyabr 2024 | 09:34

“Turan Tovuz”dan APL-də İLK

“Turan Tovuz” klubu Azərbaycan Premyer Liqası tarixində ilk dəfə səfərdə 4 qol vurub.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, X turun “Sumqayıt”la matçına təsadüf edib.

Kurban Berdıyevin komandası rəqib meydanında 4:2 hesabı ilə qalib gəlib.

Premyer Liqada 3-cü mövsümünü keçirən Tovuz təmsilçisi bunadək səfərdə oynadığı 5 görüşdə üç qol vurub. Həmin rekord Sumqayıtda yenilənib.

“Turan Tovuz” tarixində 3-cü dəfə Premyer Liqa görüşündə 4 qol vurub. Əvvəlki iki belə matç evdə baş tutub. Qərb təmsilçisi 2022/2023 mövsümündə “Neftçi”ni, ötən çempionatda “Kəpəz”i 4:0 hesabı ilə məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026