• Bakı 22° C

    7.56 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Azərbaycanda ali təhsil alan qadınların sayı artıb

CƏMİYYƏT

21 Sentyabr 2024 | 11:09

Azərbaycanda ali təhsil alan qadınların sayı artıb

Azərbaycanın dövlət və qeyri-dövlət ali məktəblərində 2023-2024-cü tədris ilinin əvvəlinə təhsil alan qadınların sayı 118 min 290 nəfər olub. Onlardan 100 min 529-u dövlət, 18 min 31-i isə özəl müəssisələrdə ali təhsil alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” məcmuəsində əks olunub.

Rəsmi nəşrdə bildirilir ki, bu göstərici 2010-cu ildə 65 min 112, 2015-ci ildə 78 min 662, 2021-ci ildə 97 min 163 olub. 2022-ci ildə isə 111 min 583 qadın ali təhsil ala bilib.


SON XƏBƏRLƏR