• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Almaniya mətbuatı: “Hamı Emreliyə ümid bəsləyir”

İDMAN

21 Sentyabr 2024 | 13:28 | Müəllif: Əli Hüseynov

Almaniya mətbuatı: “Hamı Emreliyə ümid bəsləyir”

Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın II Bundesliqa klubu “Nürnberq”də debüt edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, “Bild” nəşri “Hamı Emreliyə ümid bəsləyir” başlığı ilə yazı paylaşıb.

Yazıda komandanın baş məşqçisi Miroslav Klozenin oyundan əvvəl Mahirlə bağlı fikirləri yer alıb: “Mahir düz yoldadır. Amma o, hələ 90 dəqiqə oynamağa hazır deyil. İnanıram ki, Emreli zamanı gələndə vəziyyəti dəyişəcək. Mahir bunu, hətta məşqlərdə də göstərdi”.

Qeyd edək ki, “Nürnberq” bu gün 6-cı turda “Herta”nı sınağa çəkəcək. Matç saat 15:00-da başlayacaq. /İdman.biz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR