• Bakı 22° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

3 saylı Uşaq evi xüsusi nəzarətə götürülüb

CƏMİYYƏT

21 Sentyabr 2024 | 14:07

3 saylı Uşaq evi xüsusi nəzarətə götürülüb

3 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən xüsusi nəzarətə götürülüb.

Agentlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, hazırda bununla bağlı araşdırma aparılır.

Bildirilib ki, müəssisə sakinlərinin mənafeyi əsas götürülərək lazımi işlər təmin olunacaq.

"Məlumat üçün deyək ki, adıçəkilən müəssisə təxminən 1 aydır ki, hüquqi olaraq SXA-nın idarəetməsindədir. Sosial Xidmətlər Agentliyinin tabeliyində olan digər müəssisələrdə olduğu kimi bu müəssisədə də müasir sosial xidmət prinsiplərinin tətbiqi üçün lazımi addımlar atılır. Neqativ halların qarşısının alınması, orada qalan sakinlərin lazımi sosial xidmətlərlə təmini istiqamətində iş aparılır.

Mediada iddiası yayılan müəssisənin sakini Ramal Rəsulov isə özünün istəyinə əsasən və mövcud psixoloji vəziyyəti nəzərə alınaraq, artıq Agentliyin digər müəssisəsinə yerləşdirilib. Onun sosial psixoloji reabilitasiyası üçün lazımi iş aparılmaqdadır", - deyə əlavə edilib.


SON XƏBƏRLƏR