• Bakı 20° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

SON DƏQİQƏ: Fətullah Gülən öldü - YENİLƏNİB

CƏMİYYƏT

21 Oktyabr 2024 | 13:18

SON DƏQİQƏ: Fətullah Gülən öldü - YENİLƏNİB

Türkiyə kəşfiyyatı da FETÖ lideri Fətullah Gülənin ölümünü təsdiqləyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada ukraynalı həmkarı Andrey Sbiqa ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu hadisə Türkiyəni arxayınlaşdırmayacaq: “FETÖ gənclərimizi öz sıralarına çəkib. Onları bu yoldan çəkinməyə çağırırıq”.

***

09:04

Fətullahçı Terror Təşkilatının lideri Fətullah Gülənin dünyasını dəyişdiyi bildirilir.

Bakıvaxtı.az xəbər verir, Gülənin ölüm xəbərini ona yaxın olan Herkül saytı yayıb.

Məlumata görə, Fətullah Gülən aparıldığı xəstəxanada dünyasını dəyişib.

Herkul saytının sosial media hesabından edilən açıqlamada bildirilib ki, dəfn prosedurları ilə bağlı ətraflı məlumat ictimaiyyətlə paylaşılacaq.

Xəbəri Fətullah Gülənə yaxın şəxslər də sosial media hesablarından açıqlayıb.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR