• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR - VİDEO

CƏMİYYƏT

20 Noyabr 2024 | 11:51

Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR - VİDEO

Kibercinayətkarlar bu dəfə vətəndaşlara toy dəvətnamələri göndərərək, onları tora salırlar.

Bakıvaxtı.az xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, son dövrlər "WhatsApp" vasitəsilə toy dəvətnamələrinin göndərilməsi adi hala çevrilib. Bundan istifadə edən hakerlər xüsusi dəvətnamələr ilə dələduzluq etməyə başlayıblar.

Vətəndaşlara əvvəlcə sadə bir fayl əlavəsi toy dəvətnaməsi kimi göndərilir. Onu yüklədiyiniz zaman telefonunuza zərərli proqram quraşdırılır və siz hakerlərə uzaqdan giriş icazəsini vermiş olursunuz. Bu o deməkdir ki, artıq faylı açdıqdan sonra bütün məlumatlarınız oğurlanmış olur.

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı Elbrus İbrahimov vətəndaşları bu kimi hallardan qorunmaq üçün diqqətli olmağa çağırıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025