Fransa Mont Blan dağına çıxan alpinistlər həyatını itirib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, 26 və 27 yaşlı iki ispan alpinisti Mont Blan zirvəsinə qalxarkən 350 metrdən yıxılaraq həyatını itirib.
Hadisə yerinə vertolyotla gələn axtarış-xilasetmə əməkdaşları eniş zamanı qayanı kəndirləri ilə sınaqdan keçirmək istəyərkən yıxıldığı bildirilən iki alpinistin cəsədini aşkar ediblər.
Mina Mikayılova















