• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Yeni nəhəng dinozavr növü aşkarlandı

DÜNYA

23 Iyun 2024 | 13:15 | Müəllif: Subhan Mahmudov

Yeni nəhəng dinozavr növü aşkarlandı

Paleontoloqlar Montanada (ABŞ) əvvəllər məlum olmayan seratopsid növünün, asimmetrik buynuzları olan buynuzlu dinozavrların qalıqlarını aşkarlayıblar.

Bakıvaxtı.az bildirir ki, Bu barədə cümə axşamı Kolorado Dövlət Universitetinin (CSU) mətbuat xidməti məlumat yayıb.

Alimlər yeni növü Montana ştatının şimalında təxminən 78 milyon il əvvələ aid təbaşir dövrünün sonunda əmələ gələn çöküntülərdə tapılan dinozavr sümüklərinin fraqmentlərini tədqiq edərkən üzə çıxarıblar.

Buynuzların asimmetrik ölçüləri bu dinozavrı şimal maralına bənzədir. Qədim canlıların uzunluğu 6,7 metr, çəkisi təxminən 5 ton olub./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR