Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Çjan Ming və Rusiya Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Pekində ŞƏT Katibliyində görüş keçirib.
Bakıvaxtı.az xəbər verir ki, ŞƏT Katibliyinin rəsmi “Telegram” kanalında məlumat verilib.
Məlumata görə, Çjan Ming və Titov iyulda Astanada ŞƏT sammitində 2025-ci ildə “Dayanıqlı İnkişaf İli”nin keçirilməsinə dair qəbul edilmiş qərar kontekstində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Rusiya-Çin Dostluq, Sülh və İnkişaf Komitəsinin Rusiya hissəsinin də sədri olan Titov iyulun 21-dən 25-dək Çində işgüzar səfərdədir.
Mina Mikayılova