"Rusiya Federasiyasına hücumların sayı kəskin artıb, lakin bunu kibermüharibə adlandırmaq olmaz".
Bakıvaxtı.az Roskomnadzor agentliyinə istinadən bildirir ki, bunu "InfoWatch" Şirkətlər Qrupunun prezidenti və "ARPP Domestic Software" idarə heyətinin sədri Natalya Kasperskaya deyib.
Onun sözlərinə görə, xüsusən də martın 15-dən 17-dək Rusiyada prezident seçkiləri zamanı kiberhücumların kəskin artması baş verib. Bu müddət ərzində ölkənin infrastrukturuna 497 DDoS hücumu həyata keçirilib və ən uzun hücum 40 saat 12 dəqiqə davam edib:
"Seçki infrastrukturunun bütün resurslarına eyni vaxtda kiberhücumlar həyata keçirilsə də, Rusiyanın 920 əhəmiyyətli resursunun qorunması təmin olunub".
Gülşən Şərif
















