• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Avstraliya husiləri terror təşkilatı elan etdi

DÜNYA

24 May 2024 | 18:22 | Müəllif: Subhan Mahmudov

Avstraliya husiləri terror təşkilatı elan etdi

Avstraliya hökuməti Yəmənin İrana bağlı Husi silahlı qruplaşmasını (Ənsarullah) terror təşkilatları siyahısına salıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avstraliyanın Baş Prokurorluğu bəyanat yayıb.

“Yəmənin Ənsarullah hərəkatının Ədən körfəzi və ətraf ərazilərə şiddətli hücumları nəticəsində dinc sakinlər həlak olub, girov götürülüb, Ərəbistan yarımadası ətrafındakı sularda naviqasiya hüquq və azadlıqları ciddi şəkildə pozulub, dəniz təhlükəsizliyi və qlobal rifah zəifləyib”, - bəyanatda qeyd olunub.

Avstraliya hökuməti maliyyələşdirmə ilə bağlı bəyanatında İran hökumətinin husilərə dəstək verməsinə toxunub:

“Tehran Husi qruplaşmasını silahlandırdığını dəfələrlə inkar etsə də, əhəmiyyətli dəlillər göstərir ki, İran bu qruplaşmaya birbaşa logistika, informasiya, silah və maliyyə dəstəyi verir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026