• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Priqojinin adamları qiyama hazırlaşır? – ŞOK AÇIQLAMA

DÜNYA

23 Iyun 2024 | 17:44 | Müəllif: Subhan Mahmudov

Priqojinin adamları qiyama hazırlaşır? – ŞOK AÇIQLAMA

“Vaqner” özəl hərbi şirkəti ilə əməkdaşlıq edənlər Priqojinin Putinə qarşı qaldırdığı qiyamın il dönümündə hansısa addım atmağı planlayırlar.

Bakıvaxtı.az xəbər verir ki, bu iddia ilə Rusiya hökumətyönlü mətbuatı çıxış edib.

Məlumata görə, bu barədə informasiya Priqojinə yaxınlığı ilə seçilən İlya Qorbunov və Kiril Metelevin Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanmasından sonra yayılmağa başlanıb.

Rusiya Teleqram kanallarının iddiasına görə, guya “Vaqner” tərəfdarlarının Moskva və Kremlə yürüş edəcəkləri də saxlanılan şəxslərin planları sırasına daxil olub.

Bununla belə rəsmi dairələr hələlik yayılan məlumatları təsdiqləməyiblər.

Qeyd edək ki, Yevgeni Priqojin ötən ilin iyununda Rusiyada hərbi qiyam qaldırmışdı. Priqojin qiyamı dayandırqdan iki ay sonra, avqustun 23-də təyyarə qəzasında özünün əsas komandası ilə birgə həlak olmuşdu./globalinfo.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026