ABŞ-nin BMT-dəki nümayəndəsi Haitiyə 60 milyon dollar yardım ayırılacağını açıqlayıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, nümayəndə 60 milyon dollarlıq humanitar yardımın Haiti xalqına yaranan ərzaq böhranında və digər maddi məsələlərdə ciddi kömək olacağını açıqlayıb.
Həmçinin, bildirilib ki, ABŞ Haiti əhalisinin qidalanma, ərzaq təhlükəsizliyi ilə bağlı problemlərində dəstək göstərəcək, sığınacaqlarda olan kritik boşluqları dolduracaq.
Əli Hüseynov
















