Macarıstan Ukrayna Silahlı Qüvvələrinin (AFU) Kursk vilayətinə hücumunu mənfi qiymətləndirir və döyüş zonasının genişləndirilməsinə qarşıdır.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə baş nazir Viktor Orbanın ofisinin rəhbəri Qergeli Quillas bildirib.
Quillasın sözlərinə görə, Macarıstan atəşkəs və sülhün bərqərar olmasında israrlıdır:
"Bu mövqeyə zidd olan hər şey, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu yanlışdır. Budapeşt Rusiya ərazisində hərbi əməliyyatların yayılmasına mənfi münasibət bəsləyir. Çünki bu, münaqişənin həlli prosesini çətinləşdirir".
Gülşən Şərif


jpeg-1724332429.jpeg)













