• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Özbəkistanın “Qara siyahı”sı olacaq

DÜNYA

21 Sentyabr 2024 | 17:11 | Müəllif: Gülşən Şərif

Özbəkistanın “Qara siyahı”sı olacaq

Özbəkistan Senatı xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin arzuolunmaz elan edilməsini nəzərdə tutan dəyişiklikləri təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, dəyişikliklərin qəbul edilməsinə səbəb əcnəbilərin ölkənin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi əleyhinə çıxışlar etməsi hallarının artması olub. Özbəkistanda qalması arzuolunmaz şəxslərin reyestrini ölkənin Xarici İşlər Nazirliyi tərtib edəcək.

“Qara siyahı”ya düşənlərin ölkədən çıxması üçün 10 gün vaxt veriləcək. Həmin şəxs bu müddət ərzində Özbəkistanı tərk etməsə, məcburi qovulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026