Vyetnam parlamenti yeni prezidenti seçib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Vietnam News” məlumat yayıb.
Məlumata görə, Vyetnam Milli Assambleyası general Luong Cuongu ölkənin yeni prezidenti seçib.
Assambleyanın 440 üzvünün hamısının Kuonqa səs verdiyi qeyd olunub.
Bildirilib ki, Milli Assambleya qətnaməni qəbul etdikdən sonra yeni prezident Luong Cuong andiçmə mərasiminə başlayacaq.
Keçmiş prezident To Lam Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin yeni baş katibi olub və bununla əlaqədar olaraq prezident postunu tərk edib.
Mina Mikayılova
















