“İyirmilik qrupu (G20) ölkələrinin liderləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ağ evə qayıtmasını gözləyir, çünki hazırkı dövlət başçısı Cozef Bayden dünya səhnəsində nüfuzunu itirib”.
Bakıvaxtı.az xəbər verir ki, Fransanın “Le Monde” qəzeti bu barədə adı açıqlanmayan diplomata istinadla məlumat yayıb.
“Hamı Donald Trampın Ağ evə qayıtmasını gözləyir. Bayden administrasiyası isə artıq tükənib və əvvəlki nüfuzunu itirib”, - deyə nəşrin həmsöhbəti bildirib.
Qəzetin yazdığına görə, ABŞ-da hakimiyyət dəyişikliyi Rio-de-Janeyroda keçirilən G20 sammitində iştirakçılar arasında müzakirələri çətinləşdirib. Ukrayna və Yaxın Şərqdə davam edən müharibə də tədbir zamanı müzakirələrə öz təsirini göstərib.
Qeyd edək ki, noyabrın 18-19-da Rio-de-Janeyroda G20 ölkələri liderlərinin sammiti keçirilib.
ABŞ-da prezident seçkilərdə qalib gələn Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək. /Azərtac