• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Kiyevə raket hücumu - 1 ölü, 9 yaralı

DÜNYA

20 Dekabr 2024 | 13:08

Kiyevə raket hücumu - 1 ölü, 9 yaralı

Kiyevə Rusiya Silahlı Qüvvələrinin (SQ) raket hücumu nəticəsində bir nəfər ölüb, doqquz nəfər yaralanıb.

Bakıvaxtı.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko sosial şəbəkələrdə məlumat verib.

"Hazırda bir nəfərin həlak olduğu, doqquz nəfərin yaralandığı məlumdur. Onlardan dördü xəstəxanaya yerləşdirilib. Qəlpələr Kiyevin dörd rayonunda - Qoloseyevski, Solomenski, Şevçenkovski və Dneprovski rayonlarında aşkar edilib", - o bildirib.

V.Kliçko həmçinin qeyd edib ki, şəhərin Qoloseyevski rayonunda 630 yaşayış evi, 16 müalicə müəssisəsi, 17 məktəb və 13 uşaq bağçası istilik təchizatından məhrum olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026