Ermənistan Baş nazirin müavini Mqer Qriqoryan Moskvaya gedib.
Bakıvaxtı.az bu barədə Ermənistan mətbuatına istinadla xəbər verir.
Məlumata görə, səfərdə məqsəd Moskvada Ermənistan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 23-cü iclasında iştirak etməkdir.
Nümayəndə heyətinin tərkibinə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Artur Martirosyan, ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan, iqtisadiyyat nazirinin müavini Narek Hovakimyan, sədr müavini Narek Hovakimyan və Dövlət Gəlirləri Komitəsi sədrinin müavini Aşot Muradyan daxildir.
Murad Məmmədli
















