• Bakı 23° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

"Starbucks" işçiləri 5 günlük tətil keçirməyi planlaşdırır

DÜNYA

20 Dekabr 2024 | 12:09 | Müəllif: Gülşən Şərif

"Starbucks" işçiləri 5 günlük tətil keçirməyi planlaşdırır

"Starbucks" işçilərinin həmkarlar ittifaqı dekabrın 20-24-də Los-Anceles, Çikaqo və Sietldə tətil elan edib.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bununla bağlı Həmkarlar ittifaqı açıqlama yayıb.

Açıqlamaya görə, tətilçilər daha yüksək əməkhaqqı, daha çox işçi və daha rahat iş qrafiki tələb edirlər. Tətil tezliklə bütün ABŞ-də yayılacaq. Tətil müştərilərin ən aktiv axınının olduğu günlərə təsadüf edir və şirkət üçün ən böyük bazarları təmsil edən şəhərlərdə baş tutacaq. 

Təşkilatçılara görə, şirkət heç vaxt ciddi iqtisadi təkliflər irəli sürməyib, sadəcə baristalara gələcək illərdə cəmi 1,5% maaş artımına zəmanət verib.

Qeyd edək ki, "Starbucks" 525 qəhvəxananı təmsil edir. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026