• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kobaxidze DİN rəhbərini özünə müavin təyin etdi

DÜNYA

20 Dekabr 2024 | 11:55

Kobaxidze DİN rəhbərini özünə müavin təyin etdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze daxili işlər naziri Vaxtanq Qomelaurini özünə müavin təyin edib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı hökumət administrasiyası yayıb.

    İrakli Kobaxidze bu gün müvafiq sərəncamı imzalayıb.

    Hökumət administrasiyasının məlumatına görə, bu gündən Gürcüstan hökumətinin tərkibində Baş nazirin 3 müavini olacaq. Baş nazirin birinci müavini səlahiyyətlərini iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili həyata keçirir. Baş nazirin digər müavini isə müdafiə naziri İrakli Çikovanidir.

    Qeyd edək ki, ABŞ və Böyük Britaniya Tbilisidə keçirilən aksiyalara polisin müdaxiləsi ilə əlaqədar ötən gün Vaxtanq Qomelauriyə sanksiya tətbiq edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026