• Bakı 16° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Makronu Mayotda fitə basdılar - VİDEO

DÜNYA

20 Dekabr 2024 | 12:35

Makronu Mayotda fitə basdılar - VİDEO

Fransa Prezidenti Emmanuel Makron ölkənin dənizaşırı departamenti Mayota səfər edib.

Bakıvaxtı.az Fransanın “BFMTV” telekanalına istinadən xəbər verir ki, Makron “Şido” qasırğasından zərər görən Mayota səfəri zamanı yerli sakinlərlə söhbət etmək qərarına gəlib. 

Lakin sakinlər Fransa liderini fitə basıb və istefa verməsi ilə bağlı şüarlar səsləndiriblər. 

Telekanal Makronun Mayot sakinləri tərəfindən qarşılanma anının görüntülərini də yayıb. 

Qeyd edək ki, Mayotda dekabrın 14-də başlayan “Şido” qasırğası səbəbindən 30-dan çox insan həlak olub, 2000-ə yaxın şəxs isə xəsarət alıb. Təbii fəlakətin vurduğu ziyan 800 milyon avro olaraq qiymətləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR