• Bakı C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Çinə məxsus təyyarə və gəmilər Tayvana yaxınlaşdı

DÜNYA

20 Dekabr 2024 | 11:50

Çinə məxsus təyyarə və gəmilər Tayvana yaxınlaşdı

Tayvan Silahlı Qüvvələri son 24 saat ərzində adaya Çinə məxsus 12 təyyarə və 5 gəminin yaxınlaşdığını qeydə alıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Bu gün səhər saat 6-ya qədər Tayvan ətrafında Çin Xalq Azadlıq Ordusunun 12 təyyarəsi və Hərbi Dəniz Donanmasının 5 gəmisi aşkar edilib. 5 təyyarə orta xətti keçərək cənub-qərbdə Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub. Biz vəziyyəti izlədik və müvafiq qaydada cavab verdik", - nazirlik bildirib.


SON XƏBƏRLƏR

25 Mart 2025